Toy Bələdçisi

Haqqımızda və metodologiya

Toy Bələdçisi Azərbaycanda toy hazırlığı görən cütlüklər və ailələr üçün hazırlanır. Sayt toy xidmətləri kataloqu ToyXidmət (toyxidmetleri.az) komandasınındır. Kataloqda şirkətlərin profilləri, bu saytda isə həmin məlumatlara əsaslanan bələdçilər — qiymətlər, seçim qaydaları və hazırlıq planı yer alır.

Məlumatı necə toplayırıq

  • Şirkət siyahıları kataloqdakı aktiv profillərdən götürülür və avtomatik yenilənir. Profil məlumatını (ünvan, foto, təsvir) şirkətlərin özləri təqdim edir.
  • Qiymətlər şirkətlərin açıq elan etdiyi qiymətlərdən, birbaşa sorğulardan və bazar araşdırmasından toplanır. Hər səhifədə qiymətin hansı aya aid olduğu yazılır. Qiymətlər təxminidir və konkret tarix üçün şirkətin öz təklifi əsasdır.
  • Tarix: səhifədəki «Yenilənib» tarixi yalnız mətn, qiymət və ya şirkət məlumatı həqiqətən dəyişəndə dəyişir.

Reklam və sıralama

Bələdçilərdə şirkətlər profil məlumatının dolğunluğuna (foto, təsvir) və əlifbaya görə sıralanır. Ödənişli yerləşdirmə olarsa, o, açıq şəkildə «reklam» kimi işarələnəcək.

Səhv gördünüz?

Qiymət və ya şirkət məlumatında səhv varsa, əlaqə səhifəsindən yazın — yoxlayıb düzəldirik.